
Fransa Prezidenti Emmanuel Makron mayın 4-5-də Ermənistana dövlət səfəri edəcək.
Az.shafaqna.com xəbər verir ki, , Makronun qarşıdakı səfəri məsələsi Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryanın Fransanın səfiri Olivye Dekotini ilə görüşündə müzakirə olunub.
Qeyd edilir ki, Makronun səfəri, o cümlədən, mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti çərçivəsində baş tutacaq.
Danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini və strateji əhəmiyyət daşıyan birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Həmsöhbətlər mövcud məsələlərin səmərəli həlli və Ermənistan-Fransa münasibətlərinin daha da genişləndirilməsi üçün konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıblar.






























