Reuters

Fransa hökuməti 2026-cı ildə büdcə kəsirini ÜDM-in 5%-i səviyyəsinə çatdırmaq məqsədilə təxminən 6 milyard avro həcmində xərcləri dondurmağı planlaşdırır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Sebastyan Lekornunun aprelin 21-də Nazirlər Kabinetinin üzvlərinə ünvanladığı məktubda bildirilir.

Onun qiymətləndirməsinə əsasən, Yaxın Şərqdəki münaqişənin nəticələri dövlət maliyyəsinə ciddi təzyiq göstərib.

Planlaşdırılır ki, təxminən 4 milyard avro ixtisar mərkəzi hökumətin xərclərinə, daha 2 milyard avro isə sosial təminat sisteminə aid olacaq.

Sənəddə vurğulanır ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin nəticələri, eləcə də Hörmüz boğazının blokadası Fransa iqtisadiyyatına birbaşa təsir edir.