
Az.shafaqna.com xəbər verir ki, əmtəə bazarlarında qiymətli metalların qiymətində eniş qeydə alınıb. Qızılın bir troya unsiyası üzrə fyuçers müqavilələri bir qədər ucuzlaşıb.
Birja məlumatlarına əsasən, Nyu-Yorkdakı COMEX birjasında 2026-cı ilin iyun ayı üzrə qızıl fyuçersləri 0,37% azalaraq 4 811,16 dollar səviyyəsinə düşüb.
Eyni tendensiya gümüş bazarında da müşahidə olunub. COMEX-də 2026-cı ilin may ayı üzrə gümüşün bir unsiyasının qiyməti 1,31% geriləyərək 78,987 dollar olub.






























