
NATO, o cümlədən də Estoniya Rusiya tərəfindən hərbi hücumun baş vermə təhlükəsini real hesab etmir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib.
O deyib ki, Rusiyanın hücum edəcəyinə dair iddialar nə kəşfiyyat məlumatlarına, nə də real təhlükəsizlik proqnozlarına uyğun gəlir.
Eston XİN başçısı qeyd edib ki, həmçinin Kremlin NATO və ya Baltikyanı ölkələrə qarşı hərbi əməliyyat hazırlığının əlamətləri də yoxdur.






























