ABŞ-ın iki hərbi qulluqçusu qonur ayının hücumuna məruz qalıb.

Az.shafaqna.com xəbər verir ki, insident Alyaska ştatının Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson hərbi bazasının ərazisində baş verib.

Nəticəsində 2 hərbçi xəsarət alıb.

Əsgərlər özlərini qorumaq məqsədilə heyvana qarşı bibər qazı balonlarından istifadə ediblər.

Xəsarət alan hərbçilərin vəziyyəti dəqiqləşdirilməyib.