Az.shafaqna.com-un verdiyi xəbərə görə, “Rosaviasiya” Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar üzrə biletlərin satışının dayandırılması ilə bağlı tövsiyəni ləğv edib və Rusiya aviaşirkətlərinin İranın hava məkanından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Məlumata əsasən, qərar Rusiya Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla qəbul edilib. Rusiya aviaşirkətləri BƏƏ-yə və BƏƏ-dən uçuşlar üzrə biletlərin satışını bərpa edə, həmçinin İranın aviasiya orqanlarının bütün tövsiyələrinə ciddi əməl etməklə tranzit uçuşları və İran İslam Respublikasının hava limanlarına reyslər həyata keçirə bilərlər.

Qeyd olunur ki, müvafiq sahə üzrə mütəxəssislər Yaxın Şərqdə mülki aviasiyanın fəaliyyəti ilə bağlı vəziyyəti təhlil etməyə davam edir və zərurət yarandığı halda regionda Rusiya aviaşirkətlərinin uçuşlarının yerinə yetirilməsinə düzəlişlər edəcəklər.