Az.shafaqna.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında biznes əlaqələrinin yaranacağına inanır.

O deyib ki, bunu iki ölkə arasında sülhün daha möhkəm əsaslar üzərində qurulması üçün vacib amil hesab edir.

Paşinyan əlavə edib ki, artıq müəyyən addımlar atılıb: ikitərəfli ticarət tədricən formalaşır, vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr isə daha konkret mərhələyə keçib.

Paşinyanın sözlərinə görə, işgüzar münasibətlərin qurulması bu prosesi daha da gücləndirəcək və sülhün davamlı olmasına xidmət edəcək.