Yaxın Şərqdəki qeyri-sabitlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) regionuna da təsir göstərəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O deyib ki, Fars körfəzindəki böhran, Livandakı qarşıdurma, (İsrail tərəfindən) Suriyaya qarşı artan hərbi əməliyyatlar və bu ölkəni parçalamaq cəhdləri, eləcə də Qəzza sektoru və İordan çayının Qərb sahilində fələstinlilərin yaşadığı faciəni daha da ağırlaşdıran dərin durğunluq KTMT məkanı üçün də təsirsiz ötüşməyəcək.

Lavrov qeyd edib ki, forumda yalnız Fars körfəzi ətrafındakı böhranın Ərəbistan yarımadası ölkələrinə təsiri deyil, həm də Xəzər hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün doğura biləcəyi risklərlə bağlı ciddi narahatlıq ifadə olunub.

Xatıırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb.