Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəal fəaliyyətini bərpa etməyi planlaşdırmır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-də üzvlüyü hazırda dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Paşinyan qeyd edib ki, bu mövqe partiyanın seçki proqramında da öz əksini tapıb.

O, həmçinin vurğulayıb ki, Ermənistanın digər çoxtərəfli əməkdaşlıq platformalarında iştirakı ölkənin balanslı xarici siyasətinin daha effektiv qurulması baxımından vacibdir.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevral ayından KTMT-də iştirakını dondurub.