Az.shafaqna.com xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası üç siyasi qüvvənin bağlanması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Məlumata görə, daha əvvəl “Vahid Milli Hərəkat” və “Dəyişiklik Koalisiyası və Lelo” ilə bağlı müraciət edən hakim partiya indi “Federalistlər” partiyasını da bu siyahıya daxil edir və əvvəlki müraciətini yeniləyərək məhkəməyə yenidən təqdim edəcək.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, bəzi siyasi qüvvələr ortaq strateji hədəflər ətrafında birləşib və onların fəaliyyətində konstitusiyaya zidd hallar var. Onun sözlərinə görə, məhkəməyə müraciət edilərkən partiyaların təkcə məqsədləri deyil, həm də onların siyasi təsir gücü nəzərə alınır.

Papuaşvili əlavə edib ki, bu siyasi ittifaqda Mixail Saakaşvili, Qiqa Bokeriya və Nika Qvaramiya kimi fiqurlar yer alır.