
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatını dörd medalla başa vurublar.
Məlumata əsasən, bunlardan 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.
Avropa çempionatında Hidayət Heydərov (73 kiloqram) ikinci, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) üçüncü yeri tutublar.
Turnirə bu gün yekun vurulacaq.






























