
Az.shafaqna.com xəbər verir ki, yanacaq qiymətlərinin sürətlə bahalaşması beynəlxalq aviaşirkətləri uçuş sayını azaltmağa məcbur edir.
Niderlandın KLM şirkəti yaxın vaxtlarda Amsterdamdan həyata keçirilən 80 gediş-gəliş reysini ləğv etməyi planlaşdırır.
Daha əvvəl isə “United Airlines”, “Lufthansa” və “Cathay Pacific” kimi iri aviaşirkətlər də oxşar addımlar atıb.
Eyni zamanda, “Cirium” analitik şirkətinin proqnozuna əsasən, may ayında qlobal sərnişin daşımalarında təxminən 3% azalma gözlənilir.






























