Rus milyarder: İpoteka ilə mənzil almayın, çünki…

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, rusiyalı milyarder İqor Rıbakov ipoteka kreditlərinə qarşı olmasının səbəbi və onsuz mənzil almaq barədə danışıb.

Biznesmen qeyd edib ki, iki kateqoriya insan var. 1-cilər – ipoteka götürərək bir neçə on il onu ödəyən kasıb insanlardır. Onun sözlərinə görə, onlar bu müddət ərzində bir neçə mənzilin dəyərində pul ödəyirlər.

İnsanlar pul saya bilmir. Banklar da bundan istifadə edir”, – deyə o, aydınlıq gətirib.

Başqa yerə köçmək və inkişafın əvəzinə insan həmin mənzilə bağlanır, bank isə pul əldə edir. O, gəlirin artırılmasının üzərində işləməyi təklif edib: işin dəyişdirilməsi, peşə ixtisanın dəyişdirilməsi, şəxsi biznesin qurulması yolu ilə.

Milyarder ikinci kateqoriya insanlara isə ipoteka borcunu vaxtından əvvəl bağlayan “xoşbəxtləri” aid edir. Onun sözlərinə görə, onlar kreditsiz də, sadəcə pul yığmaqla mənzil sahibi ola bilərdilər. Buna görə də banklar haqq-hesab məsələlərində borc götürənləri sığortalar və komissiyalarla yükləyir.

Və bu ağıllı 2 il sonra ipotekanı qapadaraq nə qədər artıq ödədiyinə baxanda saçlarını yolmağa başlayır… İlk illər bank olduqca böyük rəqəmlər götürəcək”, – deyə Rıbakov qeyd edib.

O, pulları savadlı şəkildə yığmağı və daha sonra hissə-hissə ödənişlə mənzil almağı məsləhət görür. İpotekalarla bağlı müzakirələri mənasız adlandıran milyarder bütün bunlara rəğmən bu cür kreditlə mənzil alanları “özünü könüllü şəkildə kölə edənlər” adlandırıb.

İqor Rıbakov bundan öncə də dəfələrlə ipotekanı tənqid edib. Ötən ilin sonunda o bildirmişdi ki, ipoteka götürən insanlar, onun fikrincə, işini və nüfuzunu itirməkdən qorxurlar və kredit ödənişlərindən asılı olmağa başlayırlar.

Qeyd edək ki, adıçəkilən milyarderin sərvəti 1,3 milyard dollar olaraq dəyərləndirilir. “Forbes”-ə əsasən, o, ötən ilin sonuna olan vəziyyətə əsasən, Rusiyanın 96-cı ən varlı insanıdır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş