
İranın hava məkanı qismən açılıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının Dövlət Aviasiya qurumu məlumat yayıb.
NOTAM-a – avia bildirişə əsasən, bu gün, yəni şənbə günü (18 aprel) yerli vaxtla saat 07:00-dan etibarən ölkənin hava məkanı və bəzi hava limanları açıq elan edilib.
İranın hava məkanının şərq hissəsində yerləşən hava marşrutları İran üzərindən keçən beynəlxalq uçuşlar üçün açılıb.
Hərbi və mülki qurumların texniki və əməliyyat hazırlığına uyğun olaraq, ölkə hava limanlarında uçuşlar və sərnişin daşımaları mərhələli şəkildə bərpa olunur.






























