Az.shafaqna.com xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ehtiyatda olan zabitlərin hərbi xidmətə çağırılması ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı ildə respublikanın silahlı qüvvələrinə və sərhəd xidmətinə 27 yaşadək olan, ehtiyatda olan zabitlərdən – müddətli hərbi xidmət keçməyən, ehtiyat xidmətində olmayan və çağırışdan möhlət hüququ olmayan şəxslərin cəlb edilməsi planlaşdırılır.

Bundan əvvəl Lukaşenko Belarusun müharibəyə hazırlaşdığını bildirmişdi. O, ölkə sərhədləri yaxınlığındakı geosiyasi vəziyyətin ciddi olduğunu vurğulayıb.

Həmçinin qeyd edib ki, müharibə baş verəcəyi təqdirdə Belarus ordusunun sayı yarım milyona qədər artırıla bilər.