
ABŞ hazırda Soyuq müharibədən bəri ən yüksək səviyyədə nüvə silahı istehsal edir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
Söhbət, xüsusilə, plutonium nüvələrinin hazırlanmasından və nüvə başlıqlarının modernləşdirilməsi üzrə yeddi proqramın həyata keçirilməsindən gedir. O, bu prosesi “nüvə dirçəlişi” kimi qiymətləndirib.
Xatırladaq ki, strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması ilə bağlı Rusiya ilə ABŞ arasında saziş fevralın 5-də başa çatıb. ABŞ Rusiyanın bu razılaşmanın əsas məhdudiyyətlərinə daha bir il riayət olunması təklifini faktiki olaraq qəbul etməyib. Vaşinqton bu cür sazişlərin gələcəkdə Çinlə birlikdə üçtərəfli formatda bağlanmasını istəyir.
Çin isə bu yanaşmanı qəbul etmir və bildirir ki, hazırkı mərhələdə onu Rusiya-ABŞ nüvə silahlarının azaldılması prosesinə cəlb etmək ədalətsizdir. Pekin vurğulayır ki, onun nüvə arsenalı ABŞ və Rusiya ilə müqayisədə xeyli kiçikdir.






























