Az.shafaqna.com xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını sərt tənqid edərək bildirib ki, əvvəl sülh ideyası üzərində qurulan bu birlik getdikcə qarşıdurma və düşmənçilik platformasına çevrilir və bu, böyük rüsvayçılıqdır.

O, bu fikirləri ölkədə müxalifətin yeni inqilab planı hazırlaması ilə bağlı yayılan xəbərləri şərh edərkən səsləndirib.

Papuaşvili qeyd edib ki, xüsusi xidmət orqanlarının layihələrində iştirak edən və Gürcüstan vətəndaşı olan şəxslərlə bağlı geniş araşdırma aparılacaq.

Onun sözlərinə görə, bu cür planların məqsədi ölkədə demokratik prosesləri pozmaq, hökuməti devirmək və hakimiyyətə kənardan idarə olunan şəxsləri gətirməkdir.