Türkiyə və ABŞ Qara dənizdə birgə təlim keçirdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə və ABŞ hərbi dəniz qüvvələri (HDQ) Qara dənizdə birgə təlim keçirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.

Təlimlərdə Türkiyənin “Turgutreis” və “Oruçreis” freqatları və ABŞ-ın “Porter” və “Donald Cook” hərbi gəmiləri, həmçinin Türkiyə HHQ-a məxsus F-16 təyyarələri və ABŞ-ın dəniz patrul təyyarələri iştirak edib.

Təlimlərin məqsdəi iki ölkə HDQ arasındakı qarşılıqlı əlaqələrin möhkəmlədilməsi, həmçinin birgə reaksiya bacarıqlarının inkişafıdır.

Bu məqaləni paylaş