
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır.
Az.shafaqna.com xəbər verir ki, bunu səhmdar cəmiyyətin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərə, yəni onların alınması prosesinə başlanılıb: “Amma onların istehsal müddəti iki il müddətinə çəkdiyinə görə, həmin qatarların 2030-cu ilə kimi istifadəyə verilməsi nəzərdə tutulur”.






























