Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti 2020-ci ildə pandemiyaya görə işini itirmiş vətəndaşların siyahısını genişləndirib.
Hökumətin qərarına edilən düzəlişlərə əsasən, əgər bir şəxs 2020-ci ildə sahə seçki komissiyasının üzvü qismində işə qəbul edilibsə və həmin dövrdə Mərkəzi Seçki Komissiyasından ona maaş yazılıbsa, o, təzminat almaq üçün müraciət edə bilər.
Siyahıya həmçinin hüquqi şəxsin ləğvi və ya işəgötürənin ölümünə görə ərizə verə bilməyən şəxslər də əlavə edilib. Belə olan halda təzminat almaq üçün muzdla işləyən şəxs də vergi xidmətinə müraciət edə bilər. Ərizələri 22 fevraladək bu ünvana təqdim etmək olar: https://eservices.rs.ge/Login.aspx?redirect_url=https://eservices.rs.ge/Login.aspx
Hazırda vergi xidmətinin bazasında 200 lari məbləğində təzminatın alışı üçün 11 900 cari ərizə qeydiyyatdan keçirilib.
28 yanvara olan vəziyyətə əsasən, gəlirdən məhrum olmuş 106 080 vətəndaşa təzminat ödənilib. Ümumilikdə isə 161 289 iddiaçı dövlət yardımı üçün qeydiyyatdan keçib.
Bu, artıq pandemiya dövründə işsiz qalan vətəndaşlara yardımların edilməsinin 2-ci mərhələsidir. 1-ci mərhələdə 117,8 mindən çox insana işsizlik təzminatı ödənilib.