
Az.shafaqna.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) zərbələri fonunda Finlandiya və Baltikyanı ölkələrə xəbərdarlıq edərək Rusiyanın özünümüdafiə hüququ barəsində xatırlatma edib.
O bildirib ki, son vaxtlar Ukrayna PUA-larının Finlandiya və Baltikyanı ölkələr üzərindən keçərək Rusiyaya zərbələr endirməsi halları artıb. Bu hücumlar nəticəsində mülki şəxslərin zərər gördüyü və mülki infrastruktura ciddi ziyan dəydiyi qeyd olunub.
Şoyqunun sözlərinə görə, bu vəziyyət iki səbəbdən yarana bilər: ya Qərbin hava hücumundan müdafiə sistemləri kifayət qədər effektiv işləmir, ya da həmin ölkələr bilərəkdən öz hava məkanlarını Ukraynaya təqdim edərək Rusiyaya qarşı hücumlarda dolayı iştirak edirlər.
O vurğulayıb ki, əgər ikinci variant doğrudursa, beynəlxalq hüquqa əsasən BMT Nizamnaməsinin 51-ci maddəsi – dövlətlərin silahlı hücum zamanı özünümüdafiə hüququ – qüvvəyə minir.






























