
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb.
Az.shafaqna.com xəbər verir ki, hazırda ərazidə təmir-bərpa işləri aparılır.
İntensiv yağışlar nəticəsində kəndin avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.
Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan deyib.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin açılması üçün işlər aparılır.





























