
Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla bağlı ümumilikdə 83 nəfər saxlanılıb.
Bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi tərəfindən açıqlanıb.
Hadisələrdən sonra aparılan araşdırmalar çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, həmçinin 93 “Telegram” qrupu bağlanıb.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseyə silahlı hücum nəticəsində 1 nəfər həyatını itirib, 16 nəfər yaralanıb. Bir gün sonra isə Kahramanmaraşda məktəbdə baş verən oxşar hücum zamanı 9 nəfər ölüb, 13 nəfər xəsarət alıb.






























