
Az.shafaqna.com xəbər verir ki, Polşanın parlamentində “Konfederasiya” partiyasının deputatı Konrad Berkoviç iclasa İsrail bayrağı gətirib.
Məsələnin maraqlı tərəfi budur ki, bayraqda “Davud ulduzu” əvəzinə faşit Almaniyanın nasist svastikası təsvir olunub.
Tribunadan çıxış edən Berkoviç İsrailin Yaxın Şərqdəki dağıdıcı hərəkətlərini pisləyib. O bildirib ki, İrana qarşı başladılan müharibənin təsirləri Polşa vətəndaşları tərəfindən də hiss olunur və bu, xüsusilə yanacaq qiymətlərinin artımında özünü göstərir.
Deputatın sözlərinə görə, İsrailin hücumları nəticəsində onminlərlə günahsız qadın və uşaq həyatını itirib. O, həmçinin deyib ki, İsrail ordusu qadağan olunmuş fosfor bombalarından istifadə edir və bu silahlar oksigeni udaraq insanın ölümünə səbəb olur.
“İsrail gözlərimizin qarşısında xüsusi qəddarlıqla soyqırımı törədir. İsrail yeni Üçüncü Reyxdir və onun bayrağı da məhz belə görünməlidir”, – deyə Berkoviç bildirib.






























