
Məhkəmə Türkiyənin əsas müxalifət partiyasının keçmiş sədri Kemal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıb.
Az.shafaqna.com xəbər verir ki, o, 2013-cü ildə partiyanın lideri olarkən ozamankı baş nazir Rəcəb Tayyib Ərdoğana ünvanına səsləndirdiyi fikirlərə görə azadlıqdan məhrum edilib.
Onun barəsində “dövlət məmuruna qarşı təhqir” ittihamı ilə 11 ay 20 gün müddətinə azadlıqdan mərhumetmə hökmü verilib.
Lakin hakim cəzanın icrasını təxirə salıb.






























