
Az.shafaqna.com xəbər verir ki, Ayətullah Sistani tərəfindən müharibədən ziyan çəkən 70 min livanlı ailəyə maliyyə yardımı edilib.
Ayətullah Sistaninin Livandakı ofisi mərceyi-təqlidin təxminən 70 min livanlı qaçqın ailəsinə maliyyə yardımı ayırdığını bildirib və açıqlayıb ki, bu yardımlar cümə günündən etibarən başlanacaqdır.
Yardım 4 nəfərlik ailələrə 200 dollar (340 Azn), 4 nəfərdən çox ailələrə 300 dollar (510 Azn) birdəfəlik yardım verəcək.






























