
ABŞ və İsrailin fevralın 28-dən aprelin 8-dək İrana etdiyi hücumlar nəticəsində 278 şagird və 67 müəllim həyatını itirib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının Təhsil Nazirliyi məlumat verib.
ABŞ və İsrailin qətlə yetirdiyi şagirdlər ibtidai və orta məktəblərdə təhsil alan uşaqlardır.
Bundan başqa, 196 şagird və 26 müəllim isə yaralanıb.
Hücumlar nəticəsində 933 məktəb, 54 təhsil idarəsi, 17 mədəniyyət mərkəzi, 36 idman zalı və 8 tələbə düşərgəsi zərər görüb.
Xatırladaq ki, fevralın 28-də Minabdakı qızlar üçün ibtidai məktəbə hücum nəticəsində ABŞ və İsrail tərəfindən 168-i uşaq olmaqla 180-dən çox iranlı qətlə yetirilib. Məktəb 40 dəqiqə fasilə ilə iki dəfə vurulub.
HƏMÇİNİN OXU: ABŞ-İsrailin qətlə yetirdiyi iranlı uşaq və qadınların sayı – STATİSTİKA






























