Serbiya müdafiə imkanlarını artırmaq və silah ixracını genişləndirmək məqsədilə İsraillə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç İsraildə jurnalistlərə bildirib.

O deyib ki, Serbiya hazırda öz dron istehsal etsə də, İsrail texnoloji sahədə əməkdaşlıq edəcək.

Onun sözlərinə görə, layihə tərəflər arasında bərabər — 50/50 prinsipi ilə həyata keçirilə bilər. Lakin hansı İsrail şirkəti ilə işlənəcəyi, investisiya həcmi və istehsalın başlanma vaxtı hələ açıqlanmayıb.

Məlumatlara görə, daha əvvəl Serbiyanın SDPR dövlət şirkətinin İsrailin “Elbit Systems” şirkəti ilə birgə dron istehsalı zavodu qurmaq niyyətində olduğu bildirilmişdi. Ehtimal olunur ki, bu layihədə İsrail tərəfi daha böyük paya sahib ola bilər.