Az.shafaqna.com xəbər verir ki, Livanın cənubunda gedən müharibə zamanı İsrail ordusu itkilər verib.

Qeyd edilib ki, “Hizbullah” döyüşçüləri 1 İsrail hərbçisi öldürüb, 3-nü isə yaralayıb.

Beynəlxalq ekspertlər bildirirlər ki, İsrail tərəfi öz real itkilərini açıqlamır. İsrailin ölən və yaralanan əsgərlərinin sayı açıqlanandan qat-qat çoxdur.

Xatırladaq ki, İsrail ordusu Livanın cənubuna soxulub. Burada isə “Hizbullah” döyüşçüləri ilə İsrail qüvvələri arasında şiddətli döyüşlər gedir. “Hizbullah” çox sayda İsrail hərbi texnikasını və tankını məhv edib.