
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda aparılan nəzarət tədbirləri nəticəsində 78 xarici vətəndaş ölkədən çıxarılıb.
Miqrasiya Departamentinin məlumatına görə, son günlər müxtəlif qurumlarla birgə keçirilən əməliyyatlar zamanı bir sıra ölkələrin — o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Banqladeş, Misir, Hindistan, Nigeriya və digər dövlətlərin vətəndaşları saxlanılıb və deportasiya edilib.
Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq bu şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa tətbiq edilib.
Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.






























