İsrail Qəzzada 3 nəfəri qətlə yetirdi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ və digər ölkələrin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını gücləndirmək məqsədilə Fələstin müqavimət qrupu HƏMAS liderləri ilə bir araya gəldiyi əsnada, İsrailin Qəzzaya təşkil etdiyi hava hücumunda azı üç fələstinli həyatını itirib.

Tibb işçiləri hücumun Qəzzadakı Deyr əl-Bəlahda bir məktəbin qarşısındakı bir qrup kişiyə edildiyini bildirib. İsrail ordusu hələlik açıqlama verməyib.

Qurbanlardan birinin qohumu olan Umm Hussam Abu Əl-Rous deyib: “Bu atəşkəs deyil; gənclərimiz üçün bir tələdir. Hər gün şəhidlər var, həqiqətən hər gün. Bu nə qədər davam edə bilər? Üç yaşlı bir uşağın atasının cəsədini görməkdən qorxması ədalətsizlik deyilmi?”

İsrail ordusu 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsi artilleriya atəşi və silahlı hücumlarla pozmağa davam edərək daha çox ölüm və yaralanmaya səbəb oldu.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəsin qüvvəyə minməsindən bəri azı 750 nəfər ölüb, 2 090 nəfər yaralanıb və 760 cəsəd tapılıb.

Bu məqaləni paylaş