Jonathan Drake/Reuters

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər prezidentliyə Demokrat Partiyasından olan namizəd Co Bayden seçkilərdə qalib gəlsə, ABŞ məhv olacaq.

O, bu haqda “Twitter”-də yazıb.

Baydenə tam nəzarət edən radikal sağçı demokratlar tanıdığımız ölkəmizi məhv edəcəklər”, – deyə o qeyd edib.

Amerikanın başına təsəvvür edilməz faciələr gələcək. Portlendə baxın, orada siyasətçilər qətiyyən 50 gündür anarxiyanın olmasına qarşı deyillər. Biz kömək göndərdik. Nyu-York, Çikaqo, Filadelfiyaya bir baxın. Yox!”, – deyə o əlavə edib.

Xatırladaq ki, Tramp daha öncə bildirib ki, Portlend şəhərinin rəhbərliyi etirazçılar üzərindəki nəzarəti əldən veriblər.