
Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 931,7 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsin xəbər verib.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,2% çoxdur.
Bundan başqa, dövr ərzində ölkədə nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri isə 3, 435 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 1,7% artım deməkdir.






























