Az.shafaqna.com xəbər verir ki, İranın Məhkəmə Tibbi Ekspertiza Təşkilatının rəhbəri Abbas Məscidi ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirən iranlılarla bağlı statistikanı açıqlayıb.

Onun sözlərinə görə, “Ramazan müharibəsi” dövründə təşkilat tərəfindən elmi və ixtisaslaşmış üsullarla 3 375 nəfərin nəşi müəyyən edilərək kimliyi təsdiqlənib. Onlardan 2 875-i kişi, 496-sı isə qadın olub.

Yaş bölgüsünə toxunan Məscidi bildirib ki, şəhid olanlar arasında 7 nəfər (2,1%) 1 yaşdan aşağı, 255 nəfər (7,55%) 1–12 yaş, 121 nəfər (3,58%) isə 13–18 yaş aralığında olub.

Həmçinin, 1 761 nəfər (52,18%) 19–40 yaş, 906 nəfər (26,84%) 41–60 yaş, 223 nəfər (6,61%) isə 61 yaşdan yuxarı qrupuna aid edilib.

O əlavə edib ki, ABŞ və İsrail tərəfindən qətlə yetirilənlərin arasında Əfqanıstan, Suriya, Türkiyə, Pakistan, Çin, İraq və Livan vətəndaşları da var.

Məscidi qeyd edib ki, ən çox itki verilən bölgələr isə müvafiq olaraq Tehran, Hörmüzqan və İsfahan əyalətləri olub.