Bakı ilə Yerevan arasında sülhün bərqərar olması Ermənistan üçün yeni iqtisadi inkişaf mərhələsi açır.

Az.shafaqna.com xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, ölkə tamamilə yeni iqtisadi mərhələyə qədəm qoyur və bu, Azərbaycanla əldə olunan sülh prosesi ilə bağlıdır. Paşinyan yaxın gələcəkdə mühüm hadisələrin baş verəcəyini gözlədiklərini deyib.

Baş nazir həmçinin qeyd edib ki, artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımaları həyata keçirilir.

Bundan əlavə, o, Azərbaycanla dəmir yolu əlaqəsinin açılmasının vacibliyini vurğulayıb.