
Az.shafaqna.com xəbər verir ki, İspaniyanın Tehrandakı səfirliyi fəaliyyətini yenidən bərpa edib.
Diplomatik nümayəndəliyin yaydığı məlumata görə, səfir Antonio Sançes-Benedito Qaspar komandası və yerli əməkdaşlarla birlikdə sülhə dəstək məqsədilə işə qayıdıb.
Xatırladaq ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares aprelin 9-da səfirliyin yenidən açılacağını bildirmişdi.
Bu qərar atəşkəsdən sonra verilib. ABŞ və İsrailin başlatdığı müharibənin fonunda İspaniya diplomatları Tehrandan təxliyə olunmuşdu.






























