
İran ordusu Hörmüz boğazına yaxınlaşmağa cəhd edən ABŞ hərbi gəmilərinə sərt və ciddi cavab verəcək.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) xəbərdarlıq edib.
“İstənilən hərbi gəminin Hörmüz boğazına yaxınlaşmasına sərt cavab veriləcək”, – deyə qeyd edilib.
Həmçinin Sepah bəyan edib ki, İslam Respublikası ordusu Hörmüz boğazındakı gəmi hərəkəinə tam şəkildə nəzarət edir.






























