Az.shafaqna.com xəbər verir ki, Uqanda prezidentinin oğlu, Uqanda ordusunun başçısı Muhuzi Kayneruqaba İsrailin tərəfini tutub.

O, heç kimə İsrailə toxunmağa icazə verməyəcəyini iddia edib və yəhudi xalqının tərəfində olduğunu bildirib.

Kayneruqabanın sözlərinə görə, öz rəhbərliyi altında 100 min uqandalı əsgəri İsrailə göndərməyə hazırdır.

Həmçinin əlavə edib ki, pula həris olan 500 min gəncə sahibdir və həmin gənclər muzdlu şəkildə İrana qarşı vuruşmağa hazırdır.

Bundan başqa, o, Uqanda sakinlərini öz təhlükəsizlikləri üçün Türkiyəyə səfər etməkdən çəkinməyə çağırıb və rəsmi Ankaranı şantaj edib.

O, Türkiyədə 1 milyard dollar tələb edib və Ankaraya 30 gün vaxt verib, əks halda, Ankara ilə diplomatik əlaqələri kəsəcəyini və Kampaladakı səfirliyi qapadacığını deyib.

O, Türkiyə ilə münaqişə istəmədiyini, lakin Türkiyənin Uqanda qarşısıda heç bir şansının olmadığını iddia edib.

Kayneruqaba Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanı “əziz qardaşım” adlandırıb.