Artıq üçüncü ildir davam edən müharibə fonunda Sudanda təxminən 33,7 milyon insan humanitar yardıma ehtiyac duyur.

Az.shafaqna.com xəbər verir ki, bu barədə BMT bəyan edib.

Bildirilir ki, Sudan xalqı sülhə ehtiyac duyur və insanlar təhlükəsiz şəkildə öz evlərinə qayıda bilməlidir.

Daha əvvəl BMT qeyd etmişdi ki, Sudanda davam edən döyüşlər səbəbindən Çad hazırda 1,3 milyon sudanlı qaçqını qəbul edib.

Ekspertlərin qiymətləndirməsinə görə, münaqişə nəticəsində azı 40 min nəfər həyatını itirib, daha 14 milyon insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Sudan əhalisinin sayı təxminən 53 milyon nəfərdir.