
Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla 22:46-da qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.
Yeraltı təkan Lənkəran rayonunun sahilindən təxminən 55 km məsafədə baş verib.




























