Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 544 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 469, ölənlərin sayı 5 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 263601 nəfər koronavirusa yoluxub, 255385 nəfər sağalıb, 3311 nəfər isə vəfat edib.
Hazırda 421 karantin rejimində, 2094 nəfər xəstəxanada, 316 nəfər isə COVİD 19 otelindədir.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların 96.88 faizi sağalıb. Həmçinin COVİD 19-dan gündəlik ölüm halları da azalmağa doğru gedir. Belə ki, 8 fevral tarixində 15, 9 fevral tarixində 8, bu gün isə 5 nəfərin ölməsi ölüm tempinin azalmasını deməyə əsas verir.