Polşa ölkədə yerləşən ABŞ hərbi kontingentinin sayının artırılmasında maraqlıdır.

Az.shafaqna.com xəbər verirki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“Biz Polşada ABŞ hərbçilərinin sayının artılacağına ümid edirik”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, NATO-nun şərq cinahında hərbi mövcudluğun gücləndirilməsi ilə bağlı ABŞ ilə danışıqlar uzun müddətdir aparılır.

Xatırladaq ki, hazırda Polşada təxminən 10 min amerikalı hərbçi yerləşdirilib.