İsrail tərəfindən beynəlxalq humanitar hüququn pozulması fonunda Livanda Qəzza ssenarisi təkrarlana bilər.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes bildirib.

“Livanda yeni bir Qəzzanın yaranmasına yol verməməliyik”, – deyə o qeyd deyib.

Sançesin sözlərinə görə, Avropa İttifaqı (Aİ) beynəlxalq hüququn və qaydalara əsaslanan qlobal nizamın qorunmasında daha fəal və ardıcıl mövqe tutmalıdır.

O deyib ki, Avropa vəziyyətdən asılı olaraq ikili standartlar tətbiq edə bilməz, çünki bu, onun beynəlxalq arenadakı nüfuzuna zərbə vurur.

Xatırladaq ki, İsrail Qəzza sektorunda hərbi cinayətlər, soyqırımı və kütləvi qətliamlar törədərək, bütün infrastrukturu məhv edərək 70 mindən çox günahsız fələstinlini amansızcasına qətlə yetirib ki, onların da böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Qeyk edək ki, İsrail təkcə 8 apreldə bir gün ərzində 303 günahsız livanlını qətlə yetirib, 1 150 nəfəri isə yaralayıb.