
ABŞ və İsrailin Türkiyəyə qarşı məkrli planı üzə çıxıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş direktoru Co Kent danışıb.
O, Vaşinqtonun NATO-dan çıxmaq istəməsinin arxasında duran əsl səbəbi açıqlayıb.
Kent deyib ki, İsrail Türkiyəyə qarşı müharibəyə başlayan zaman ABŞ İsrailə rahat hərbi dəstək verə bilsin deyə Şimali Atlantika Alyansını tərk edə bilər.
O əlavə edib ki, ABŞ və müttəfiqləri Bəşər Əsədi devirdikdən sonra hakimiyyətə “Əl-Qaidə” və İŞİD terror təşkilatlarının lider üzvlərindən olan şəxsi hakimiyyətə gətirib. Kentin sözlərinə görə, İsrailin Türkiyəyə qarşı müharibə planları Suriyadan başlaya bilər.
Kent bildirib ki, Yaxın Şərqi alovlandıran ABŞ-dır.
Xatırladaq ki, Kent prezident Donald Trampın İrana qarşı başlatdığı müharibəyə etiraz edərək tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, ABŞ və Türkiyə hazırda NATO üzrə hərbi müttəfiqdir.






























