Dünən Azərbaycan və Ermənistan arasında hərbi əsir mübadiləsi olub – Muradov

.
0

Fevralın 9-da Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi olub.

Az.shafaqna.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov məlumat verib.

O qeyd edib ki, çərşənbə axşamı Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin qarşılıqlı mübadiləsi həyata keçirilib.

“Şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsində bir azərbaycanlı hərbi əsir Bakıya aparılıb və beş erməni əsir İrəvana göndərilib”, – Muradov bildirib.

Əvvəlki məqaləAyətullah Cavad Amuli: İmkanlardan istifadə edib insanlığı və sülhü bərqərar edək
Növbəti məqalədəTəhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək