
Aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhid olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.
Az.shafaqna.com xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, QMİ sədri, din xadimləri və digər qonaqlar iştirak ediblər.
Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.
İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu çıxışında Ayətullah Seyid Əli Xameneinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti, həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O, gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə ölkəmizə minnətdarlığını bildirib.
İslam İnqilabının şəhid Ali liderinin xatirəsi ehtiramla yad edilərək onun dini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin şəhadətinin 40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimi keçirilib.
Xatırladaq ki, İranın Ali lideri fevralın 28-də ABŞ-İsrail hücumları nəticəsində şəhid olub.






























