İsrailin 8 apreldə Livan xalqına qarşı törətdiyi kütləvi qırğın zamanı həyatını itirən dinc insanların sayı artıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edilib ki, 8 aprel bombardmanı zamanı həyatını itirən günahsız livanlıların sayı 303 nəfər, yaralananların sayı isə 1 150 nəfərə çatıb.

Ümumilikdə isə, mart ayının əvvəlindən İsrail tərəfindən qətlə yetirilən dinc Livan sakinlərinin sayı 1 888 nəfərə, xəsarət alanların sayı isə 6 092 nəfərə çatıb.

Qətliam qurbanları ilə bağlı axtarış-xilasetmə əməliyyatı davam etdirilir, ölənlərin sayının artacağı istisna edilmir.