Az.shafaqna.com “Rustavi 2”-yə istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidenti Qiorgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri dava və qanunsuz odlu silah daşımağa görə tutulub.
Gürcüstan DİN bu məlumatı təsdiq edib, lakin hələ insidentin təfərrüatı barədə məlumat verməyib.
Telekanalın məlumatına görə, ötən gün Qara dəniz sahilinində Şekvetili kurort qəsəbəsindəki otellərin birində Qoqoçuri və otel qonaqlarından biri arasında dava yaşanıb. Qoqoçuri dava zamanı əlində silah tutub, lakin ondan atəş açmayıb.
Qeyd edilir ki, insident nəticəsində 1 nəfər xəsarət alıb, polis Qoqoçurini hadisə yerindəcə tutub.
Xatırladaq ki, Qoqoçuri daha öncə də bir neçə dəfə insidentlərə – qanunsuz silah gəzdirmə, cinayət haqda məlumat verməmə və digər səbəblərə görə KİV-lərin diqqət mərkəzinə düşüb.































