
Az.shafaqna.com xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel Bermudes bildirib ki, ABŞ onun prezident postundan getməsini tələb etmək səlahiyyətinə malik deyil.
Onun sözlərinə görə, əgər Kuba xalqı onun üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmədiyini düşünsə, o zaman bu vəzifədə qalması düzgün olmaz və o, xalq qarşısında məsuliyyət daşıyır.
Lakin ABŞ-ın Kubaya hər hansı qərarı zorla qəbul etdirmək imkanı yoxdur.
O vurğulayıb ki, uzun müddətdir ölkəsinə qarşı düşmən münasibət sərgiləyən ABŞ hökumətinin Kubadan nəsə tələb etməyə mənəvi haqqı çatmır.






























