Az.shafaqna.com-un verdiyi xəbərə görə, sabah Bakının 3 rayonunda qaz kəsiləcək.

Bu barədə “Azəriqaz İB” məlumat verib.

Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.